Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.
Azinformasiya.Az xəbər verir ki, səfər sabah – martın 5-də baş tutacaq.
M.Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslərlə görüşəcək.
“Prezident İlham Əliyev bizi qəbul edəcək. Bakıda müzakirə edəcəyimiz bəzi məsələlər var”, – XİN başçısı vurğulayıb.