“Rusiya ilə dialoqu və əməkdaşlığımızı genişləndirməyə davam edirik”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Sputnik.ru”ya müsahibəsində deyib.
O bildirib ki, Ankara ilə Moskva arasındakı əlaqələr bütün sahələrdə inkişaf edir.
“Ticarətdən turizmə, enerjidən investisiya layihələrinə qədər bütün sahələrdə əlaqələrimizi davam etdiririk”, – nazir vurğulayıb.