Mövlud Çavuşoğlu: “Rusiya ermənilərin atəşkəsi pozmasının qarşısını almalıdır”

“Ermənistan işğalçılıq siyasətindən və təxribatlarından əl çəkməlidir. Son günlər cəbhə bölgəsində təxribatlar törədib və Azərbaycan tərəfindən layiqli cavabını alıb. Əgər Ermənistan vəziyyəti düzgün dəyərləndirsə işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsindən sonra başlanan nizamlanma prosesindən bu ölkə də faydalanacaq. Ermənistan işğalçılıq siyasəti səbəbindən uzun illərdir ki, özünü inkişaf proseslərindən təcrid edib”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi ən qısa zamanda fəaliyyətə başlayacaq. Mərkəz Azərbaycanın dediyi yerdə olacaq. Cənubi Qafqazdakı sabitlikdən Ermənistan və erməni xalqı da faydalanacaq. Rusiya atəşkəs pozuntularının qarşısını almalıdır. Əks təqdirdə Azərbaycan Prezidenti İlham Əliyev hansı addımlar atılacağının mesajını verib”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir