Moskva istiqamətində uçan Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurulub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi Moskvaya doğru uçan PUA hücumunu dəf edib, təcili yardım xidmətləri PUA-nın hissələrinin düşdüyü yerdədir.
Sergey Sobyanin ötən gecə daha üç Ukrayna PUA-sının Moskva istiqamətində vurulduğunu da açıqlayıb.
Azinformasiya.az