Moskvada ticarət mərkəzində yanğın olub

Moskvada “Rivera” Ticarət Mərkəzində yanğın olub.

 

Azinformasiya.az xəbər verir ki, paytaxtın Danilovski rayonunda yerləşən ticarət mərkəzində yanğın binanın birinci mərtəbəsindən üçüncü mərtəbəsinə kimi fasad hissəni əhatə edib.

Hazırda ticarət mərkəzindən ziyarətçilərin və əməkdaşların təxliyəsi həyata keçirilir. Zərərçəkənlər barədə məlumat verilməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir