Moskvada Rusiya və Çin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, Sergey Lavrov və Van İ sentyabrın 18-də danışıqlar aparacaqlar. Rusiya XİN sözçüsü qeyd edib ki, danışıqlarda ikitərəfli münasibətlər, beynəlxalq gündəmdə duran məsələlər, o cümlədən Ukrayna münaqişəsi müzakirə olunacaq.
Azinformasiya.az