Moskvanın şimal-şərqində mənzildə yanğın olub.
Azinformasiya.az xəbər verir ki, yanğın nəticəsində üçü uşaq olmaqla dörd nəfər həyatını itirib.
Yanğın Akademik Komarova küçəsində, ev 14-ün birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.
“İkinci mərtəbədən xilas edilən daha iki uşaq isə xəsarət alıb”, – deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının sahəsi 15 kvadratmetr olub.
Moskva prokurorluğu yanğın və ölüm faktını təsdiqləyib.
Azinformasiya.az