Moskvada Donetsk separatçılarının sabiq rəhbəri İqor Strelkov saxlanılıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə TASS agentliyinə onun həyat yoldaşı Miroslava Reginskaya məlumat verib.
Bildirilib ki, Strelkova qarşı ekstremizm maddəsi ilə ittiham irəli sürülüb.
Strelkovun Rusiya lideri Vladimir Putini və Silahlı Qüvvələr rəhbərliyini Ukraynadakı hərbi əməliyyatların uğursuz aparılması ilə bağlı sərt tənqid etdiyi qeyd olunub.
Azinformasiya.az