Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb

Moskvada avtomobil partlayıb, qadın və kişi yaralanıb.

 

Azinformasiya.az  TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin Sinyavinskaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında baş veri.

Partlayış kişi və qadının “Toyota Land Cruiser” avtomobilin içərisinə əyləşdiyi zaman baş verib. Məlumata əsasən, hər iki şəxs yaralanıb.

Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir