Moskvada Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb

Moskvada Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.

 

Azinformasiya.az xəbər verir ki, Kremldə keçirilən iclasda Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

O, daha sonra Şuranın geniş tərkibdə iclasının keçiriləcəyini bildirib.

Geniş tərkibdə iclasda qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəyi qeyd olunub.

O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Tacikistan Prezidenti Emomali Rahmonun isə qonaq qismində videokonfrans vasitəsilə iclasa qatılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir. Səfər çərçivəsində Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə ikitərəfli və Azərbaycan-Rusiya-Ermənistan formatında üçtərəfli görüşləri də planlaşdırılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir