Moskva Seulu hədələyib və Ukraynaya dəstək verməməyə çağırıb

Moskva Seul PURL proqramında iştirak edəcəyi halda ona qarşı müvafiq cavab tədbirləri, o cümlədən asimmetrik tədbirlər görməyə məcbur olacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Moskva Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin Ukraynaya dəstək tədbirlərində, eləcə də ABŞ istehsalı silahların Ukraynaya tədarükü üzrə NATO-nun təşəbbüsü olan PURL proqramında iştirak etmək istəkləri haqda bəyanatına belə sərt reaksiya verib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir