“8 noyabr tarixi gözəl bir gündür, qəlbimizdə əbədi qalacaq inanılmaz bir tarixdir”.
Azinformasiya.Az xəbər verir ki, bu sözləri AzərTac-a müsahibəsində NTV telekanalının baş direktorunun müavini – baş prodüseri Timur Vaynşteyn deyib. Həmyerlimiz Qarabağ müharibəsində Zəfərin birinci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Biz hamımız uzun illər bunu xəyal etmişik. Nənəm Füzulidəndir. Mən Moskva-Füzuli aviareysinin açılmasını səbirsizliklə gözləyirəm. Bu reysin ilk sərnişinlərindən olmaq və o torpaqlara səfər etmək istəyirəm. Təəssüf ki, əcdadlarımız bu günü görmədən dünyadan köçdülər. Əminəm ki, öz doğma yurdumuza qayıdanda, bu sevinci yaşayanda onların ruhu da şad olacaq. Zəfər münasibətilə hər kəsi ürəkdən, səmimi qəlbdən təbrik edirəm”.