“Moskva İrəvan-Bakı münasibətlərində yaranan mənfi tendensiyadan narahatdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qarşılıqlı ittiham regionda gərginliyin artması ilə müşayiət olunur: “Rusiya tərəfləri kompromis həll yolları axtarmağa çağırır və bunun üçün yardım göstərməyə hazırdır”.
M.Zaxarova söyləyib ki, rəsmi Moskvanın Azərbaycan, Rusiya və Ermənistan nümayəndələrinin üçtərəfli görüşünün keçirilməsi ilə bağlı təklifi qüvvədədir: “İrəvan təəssüf ki, dekabrda Moskvada Azərbaycan tərəfi ilə danışıqlar aparmaq fürsətini əldən verdi. Amma təklif hələ də qüvvədədir. Moskva görüş üçün platforma təqdim etməyə hazırdır”.