“Moskva Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında atəşkəs rejiminin pozulmasının qarşısını almaq üçün əlindən gələni edir”.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son insidentlər oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü zamanı müzakirə edilib”, – deyə Zaxarova qeyd edib.
Onun sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Baş Qərargahlar, Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur.