Bakıda moped divara çırpılıb, sürücü ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Hüseyn Mayılov idarə etdiyi “Champ” markalı moped ilə hərəkətdə olarkən divara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az