Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək

Monteneqroda prezident seçkilərinin ikinci turu keçiriləcək.

 

Azinformasiya.az xəbər verir ki, hazırkı dövlət başçısı Milo Cukanoviç və “Europe Now” hərəkatının nümayəndəsi, keçmiş iqtisadi inkişaf naziri Yakov Milatoviç prezidentlik uğrunda mübarizə aparacaqlar.

Dövlət Seçki Komissiyasının məlumatına əsasən, martın 19-da keçirilən birinci turun nəticələrinə görə, Cukanoviç 35,37 faiz, Milatoviç 28,92 faiz səs toplayıb.

İlk turda hazırkı prezidentdən geri qalmasına baxmayaraq, ikinci dövrənin favoriti məhz Milatoviç hesab olunur.

Seçki məntəqələri bütün ölkə üzrə saat Monteneqro vaxtı ilə 07:00-da açılacaq və 20:00-da bağlanacaq.
Səsvermə prosesini 1000-dən çox müşahidəçi izləyəcək.

Monteneqro prezidenti ümumxalq səsverməsi ardıcıl iki il müddətdən çox olmamaq şərti ilə ilə beş illik seçilir.

Monteneqro parlamentli respublikadır və Prezident əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir.

Buna baxmayaraq, prezident fiquru Nazirlər Kabinetinin formalaşmasında və baş nazirin namizədliyinin irəli sürülməsində böyük rol oynayır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir