Monteneqroda prezident seçkiləri keçirilir

Bu gün Monteneqroda prezident seçkiləri keçirilir.

 

Azinformasiya.az RTS televiziya və radio kanalına istinadən xəbər verir ki, prezident postuna 7 namizəd var.

İndiki dövlət başçısı, sosialistlərin Demokratik Partiyasının lideri Milo Cukanoviç, “Vahid Monteneqro” Partiyasının rəhbəri Qoran Daniloviç, Yeni Serbiya Demokratiya Partiyasının lideri Andriya Mandiç “Demokratik Monteneqro” Partiyasından Aleksa Beçiç, iqtisadçı Yakov Milatoviç və digərləri prezidentlik uğrunda mübarizə aparacaqlar.

Səsvermədə 542 min vətəndaş iştirak edə biləcək.

Seçki məntəqələri yerli vaxtla saat 07:00-dan saat 20:00-dək açıq olacaq. Seçicilərin yarıdan çoxunun səs verdiyi namizəd prezident seçiləcək.

Namizədlərdən heç biri 50%-lik baryeri keçə bilməsə, aprelin 2-də səsvermənin ikinci turu təyin ediləcək.

Birinci turda ən çox səs toplayan iki namizəd arasında seçim olacağı bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir