Ulan-Batorda Monqolustan və Azərbaycan Xarici İşlər nazirlikləri arasında ikinci siyasi məşvərət görüşü baş tutub.
Azinformasiya.az xəbər verir ki, bu barədə Monqolustanın Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Görüş Monqolustanın Xarici İşlər Nazirinin dövlət katibi Munxtuşiq Lxanaacav və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun sədrliyi ilə keçirilib.
Tərəflər Monqolustan və Azərbaycan arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, energetika, mədəniyyət və təhsil kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Bundan əlavə, tərəflər regional və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə 2025-ci il ərzində yüksək səviyyəli səfər, görüş və proqram mübadiləsinin təşkilini müzakirə ediblər.
Azinformasiya.az