Moldova Prezidenti Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib

Moldova Prezidenti Maya Sandu Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.

 

Azinformasiya.az xəbər verir ki, bununla bağlı Moldova lideri “Twitter” hesabında paylaşım edib.

Saakaşvilinin məhkəmədəki ağır görüntülərindən dərin narahatlıq keçirdiyinni bildirən Prezident Sandu onun həbsdə olduğu müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyini qeyd edib.

“Gürcüstan hakimiyyətini onun sağlamlığına əhəmiyyət verməyə və təcili olaraq xaricdə onun həyatı üçün vacib olan müalicəni təmin etməyə çağırıram”, – Moldova Prezidenti diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir