Moldova Parlamentinin sədr müavini: Heydər Əliyevin xatirəsi daim yaşayacaq

“Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə güclü iqtisadiyyata malik, inkişaf edən dövlətə çevrilib”.

 

Azinformasiya.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Moldova Parlamentinin sədr müavini Mixail Popşoy bildirib.

Mixail Popşoy söyləyib ki, Heydər Əliyev daim sülh və əməkdaşlığı təşviq edib: “Heydər Əliyev Moldova ilə münasibətlərin inkişafında mühüm rol oynayıb. Biz Azərbaycan xalqı və dövləti ilə dostluq münasibətlərinin inkişafında maraqlıyıq. Moldovadakı Azərbaycan diasporu və səfirinin münasibətlərimizin inkişafında rolunu da xüsusi qeyd etmək istəyirəm”.

Mixail Popşoy vurğulayıb ki, Heydər Əliyevin xatirəsi daim yaşayacaq.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir