MN: Ordumuzun maddi-texniki baza və digər təminatları üçün zəruri tədbirlər həyata keçirilib

Lokal antiterror tədbirlərinin davam etdiyi zaman sosial şəbəkələrdə Silahlı Qüvvələrimizə yardımla bağlı çağırış olub.

 

Azinformasiya.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov mətbuat üçün təşkil olunmuş brifinqdə deyib.

Anar Eyvazov qeyd edib ki, Müdafiə Nazirliyi rəsmi olaraq, bu cür çağırışlara reaksiya verməməyə çağırır. Ordumuzun maddi-texniki bazasının, ərzaq və digər təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir