MN erməni hərbçinin yaralanması xəbərini təkzib etdi

Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Azinformasiya.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, erməni KİV bu gün Qeqarqunik vilayətində bir erməni hərbçinin əlindən güllə yarası alması barədə məlumat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir