“Qarabağa Böyük Qayıdışla bağlı qanunvericilik aktı hazırdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra dövlət qurumlarının nümayəndələrini təmsil edən Əlaqələndirmə Qərargahının toplantısı çərçivəsində Böyük Qayıdışla bağlı hüquqi qanunvericiliyin hazırlanması üçün işlərə başlanıldı. Milli Məclis və Prezident Administrasiyasının əməkdaşlığı çərçivəsində sənəd üzərində son tamamlama işləri gedir. Artıq qanunvericilik aktı spikerə təqdim olunub”.