Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Suriyanın Kamışlı bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG-PYD-KCK terror qruplaşmasının Rakka üzrə “məsul şəxsi” Mehmet Sarı zərərsizləşdirilib.
Azinformasiya.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baran Kurtay kod adlı terrorçu Türkiyədəki fəaliyyətindən sonra 2014-cü ildə Suriyaya keçib.
MİT-in 2022-ci ilin ilk on ayında terrorçu PKK/YPG-PYD qruplaşmasının rəhbərliyində təmsil olunan 23 nəfəri zərərsizləşdirdiyi bildirilib.
Həmçinin PKK qruplaşmasının axtarışda olan 82 terrorçusu məhv edilib.
Bildirilib ki, MİT 2019-cu ildən indiyə kimi Suriya və İraqda keçirdiyi əməliyyat nəticəsində terrorçu PKK/KCK-YPG-nin 73 üzvünü zərərsizləşdirib.
Azinformasiya.az