Mirzoyan: Türkiyə ilə sərhədlərin açılmasını istəyirik

Ermənistan Respublikası olaraq səmimi şəkildə (Türkiyə ilə-red.) tezliklə dövlət sərhədlərinin açılmasını istəyirik.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən bildirib.

Mirzoyan sərhədlərinin açılmasının faydalı olacağını düşündüyünü qeyd edib.

Onun sözlərinə əsasən, əlaqələrin, eləcə də iqtisadi əlaqələrin inkişaf etməsi ilk əvvəl insanlara faydalı olacaq və “Ermənistan vətəndaşlarının əksəriyyəti bunun fərqindədir”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir