8 avqustda Vaşinqtonda imzalanan razılaşmalar misilsiz imkanlar yaradıb.
Azinformasiya.az “news.am”a istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən Ermənistan-Aİ əməkdaşlıq Şurasının 6-cı iclasının yekunlarına həsr olunmuş brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, avropalı həmkarları ilə TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində aparılan işləri müzakirə etdiyini qeyd edib.
Nazirin sözlərinə əsasən, əlavə addımlar, eləcə də Ermənistan ilə Türkiyə arasındakı sərhədin açılması və iri infrastruktur proqramlarının həyata keçirilməsi bütün regionun siyasi və iqtisadi arxitekturasını əhəmiyyətli dərəcədə dəyişə bilər.
Azinformasiya.az