Mirzoyan: Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli əməkdaşlığa köklənib

Ermənistan bütün istiqamətlərdə Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığa köklənib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirilib.

“Komandalar artıq iki ölkənin Xarici İşlər nazirlikləri arasında yeni iki illik siyasi məsləhətləşmə proqramının hazırlanmasını başa çatdırıblar və ümid edirəm ki, biz onu bu gün imzalayacağıq”, -Ermənistanın xarici işlər naziri rusiyalı həmkarı ilə geniş tərkibdə görüşdə bildirib.

Mirzoyan nazirlər arasında görüşün səmərəli olduğunu vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir