Mirzoyan Baş katiblə KTMT-nin fəaliyyətini və regiondakı vəziyyəti müzakirə edib

Dekabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.

 

Azinformasiya.az xəbər verir ki, tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

KTMT-nin Baş katibi KTMT-nin noyabr ayında Minskdə keçirilmiş iclaslarının nəticələri barədə Mirzoyana məlumat verib.

Görüş əsnasında Ararat Mirzoyan və İmanqali Tasmaqambetov bölgədəki vəziyyət, nəqliyyat və qarşılıqlı iqtisadi əlaqənin inkişafına yönəlmiş layihələr, eləcə də”sülhün kəsişməsi” konsepsiyası barədə fikir mübadiləsi aparıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir