İrəvanla Bakı arasında danışıqlar fəal gedir, ancaq hələ də bir çox həll olunmamış məsələlər qalır.
Azinformasiya.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvada Rusiya və Azərbaycan XİN başçıları ilə danışıqlar zamanı söyləyib.
“Gündəlikdəki bütün məsələlər üzrə görüşlərimiz, danışıqlarımız kifayət qədər intensivdir, bəzi məsələlərdə konkret nəticələr var, bəzi məsələlərdə tərəflərin qarşılıqlı razılığa gələ biləcəyi bəzi perspektivlər görünür.
Lakin, təbii ki, tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olduğu problemli məsələlər qalır”, – Mirzoyan diqqətə çatdırıb.
Azinformasiya.az