Mirzoyan Avstriya XİN başçısı ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şallenberqə zəng edərək İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesinin gedişatı barədə danışıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı əsnasında, eyni zamanda ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında demarkasiyanın həyata keçirilməsi, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələləri və başqa məsələlər müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir