Mirzoyan Avstriya XİN başçısı ilə Azərbaycanla danışıqlar prosesini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avstriya xarici işlər naziri Aleksandr Şallenberq Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini müzakirə edib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Avstriya XİN başçısı “X” hesabında yazıb.

Strasburqda Avropa Şurası XİN başçıları Komitəsinin iclası çərçivəsində Ermənistan Xin başçısı ilə görüşdüyünü qeyd edən Aleksandr Şallenberq bildirib ki, görüş əsnasında tərəflər ikitərəfli və Aİ əməkdaşlığı, eyni zamanda, Ermənistan-Azərbaycan danışıqlarının vəziyyətini müzakirə ediblər.

“Sülh və sabitliyin bütün regionun iqtisadi potensialını ortaya çıxacağını vurğuladım”, – o bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir