Mirzoyan AEBA-nın Baş direktoru ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşü olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə baş direktor Qrossi “X” hesabında yazıb.

AEBA-nın baş direktoru qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat Ermənistanın nüvə proqramını, eləcə də nüvə təhlükəsizliyinin artırılmasını dəstəkləyir.

“Biz həmçinin nüvə silahının yayılmaması məsələləri və xərçəng müalicəsinin yaxşılaşdırılması üçün “RaysOfHope” proqramı vasitəsilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq”, – Rafael Qrossi vurğulayıb.

Görüş Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir