Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, “VAZ-21015” və “VAZ-21099” markalı minik maşınları toqquşub. Nəticədə “VAZ-21015”-in sürücüsü – 31 yaşlı Xaləddin Ələsgərov və iki sərnişin xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az