Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, “Mercedes” və “VAZ-21099” markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az