Mingəçevirdə yol qəzası olub, 4 nəfər xəsarət alıb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, “Nissan” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanların “Opel”in sürücüsü Ruhani Cəfərov, sərnişinləri – 1989-cu il təvəllüdlü Rəvanə Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Əsədova olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir