Mingəçevir şəhərində 74 yaşlı qadın dəm qazından zəhərlənib.
Azinformasiya.Az-ın xəbərinə görə, hadisə noyabrın 13-də şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1948-ci il təvəllüdlü Ofelya Quliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.