Mingəçevirdə 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə şəhərin Samux küçəsində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Goranlı kənd sakini Sabir Səlman oğlu Nəbiyevi zavodda söküntü işləri apararkən elektrik cərəyanı vurub.
Hadisə nəticəsində 34 yaşlı kişi dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az