“Mina xəritələrinin tezliklə verilməsinə dair əlaqələr davam edir” – Akar

“Atəşkəsin elan edildiyi ilk gündən etibarən Türkiyə Silahlı Qüvvələrinin əməkdaşları mina təmizləmə fəaliyyətinə başlayıb”.

Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarındakı fəaliyyətlər barədə suallarına cavab verərkən deyib.

“Minalar, əldəqayırma partlayıcı qurğular təmizləndikcə həmin bölgələr daha təhlükəsiz hal alır, kənd təsərrüfatına və yaşayışa əlverişli vəziyyət yaranır”, – deyə Hulusi Akar qeyd edib.

Bununla yanaşı, Ermənistanın minalar döşədiyi ərazilərin xəritəsini verməməsi ilə bağlı danışan Akar bildirib ki, xəritələrin tez bir zamanda verilməsinə dair əlaqələr davam edir.

“Prezidentimizin Azərbaycana səfəri zamanı vurğuladığı məsələ atəşkəslə əlaqədar olaraq bölgədə sabitliyin və sülhün bərqərar olmasıdır. Gəldiyimiz nöqtədə hər kəsin masaya oturması, danışıqlar aparması və atəşkəsin davamlı olması, sabitliyin və insanların əmin-amanlıq və firavanlıq içində yaşamasının təmin edilməsi vacibdir”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir