Milli Qəhrəman adından imtina edən QAZİ

Birinci Qarabağ müharibəsinin tanınmış döyüşçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı Asif Məmmədov vəfat edib.

 

Azinformasiya.az  xatırladır ki, Məmmədov Asif Məmməd oğlu 10.12.1954-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olub.

O, I Qarabağ müharibəsi zamanı Füzuli Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün komandiri, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət edib.

Asif Məmmədov Füzuli rayonunun Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında qəhrəmanlıq göstərib. Azərbaycanın Milli Qəhrəmanları – Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olub. I Qarabağ müharibəsi veteranı olmasına, həmin savaşda göstərdiyi şücaətlərə rəğmən, torpaqlar işğaldan azad olunmadığı üçün Milli Qəhrəman adından imtina edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir