Milli Məclisdə Qarabağ iqtisadi rayonunda ekoloji vəziyyətə dair müzakirələr keçiriləcək.
Azinformasiya.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il iş planına daxil edilib.
Müzakirələr ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə baş tutacaq.