Milli Məclis Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat yayacaq.
Azinformasiya.Az-ın xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının sabah keçiriləcək ilk plenar iclasının gündəliyinə daxil edilib.
Toplantıda deputatlar Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatını müzakirə edəcəklər.