Milli Məclisin deputatı Mahir Süleymanlı martın 6-da Şabran rayonunda, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman şəhid Seyfəddin Vahid oğlu Balağayevin mövlud günündə iştirak edib.
Azinformasiya.az xəbər verir ki, həmçinin Mahir Süleymanlı Şabran rayon Sincanboyad kəndində yanğın nəticəsində tamamilə yararsız hala düşmüş Qurbanov Təbriz Eyvaz oğluna məxsus fərdi yaşayış evinə baş çəkib. Ailənin yaşayış şəraiti və üzləşdiyi çətinliklərlə yaxından maraqlanıb və tamamilə yararsız hala düşən evin yenidən inşası üçün lazımi dəstək göstərib.
Azinformasiya.az