“Aktiv vergi ödəyicilərinin sayında artım müşahidə edilir”.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşımında bildirib.
M.Cabbarov ötən il onların sayının 24 % artdığını qeyd edib:
“2020-ci il ərzində onların sayı 24 %-dən çox artaraq 616 mini ötüb. Aktiv ƏDV ödəyicilərinin sayında 17 %-dən çox artım olub”.