ABŞ Avropa ölkələri ilə yanaşı Ukrayna üçün təhlükəsizlik təminatlarında iştirak etməyə hazırdır.
Azinformasiya.az xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merts ZDF telekanalına müsahibəsində bildirib.
“Bu gün səhər Tramp bizi danışıqların məzmunu barədə ətraflı məlumatlandırdı. Həmin danışıqlar mətbuat konfransında gördüyümüzdən daha geniş idi. İndi isə gündəlikdə təhlükəsizlik təminatları məsələsi dayanır”, – deyə o qeyd edib.
Merts həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin, Tramp və Volodimir Zelenski arasında üçtərəfli görüş mümkün qədər tez keçirilməlidir.
Azinformasiya.az