Meksikada kilsənin uçması nəticəsində 9 nəfər ölüb

Meksikada kilsənin uçması nəticəsində 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb.

 

Azinformasiya.az “Associated Press News” agentliyinə istinadən xəbər verir ki, bu barədə Meksikanın Tamaulipas ştatının regional Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Sahil şəhəri olan Syudad Maderoda kilsədə vəftiz mərasimi zamanı dam uçub.

Hadisə zamanı binanın daxilində olan kilsə işçilərinin və ziyarətçilərin dəqiq sayı bilinmir. Bildirilib ki, hazırda ərazidə dağıntıların təmizlənməsi və axtarış-xilasetmə işləri davam edir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir