Meksika prezidenti üçüncü dəfə koronavirusa yoluxub

Meksika prezidenti Andres Manuel Lopez Obrador yenidən koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini bildirib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə o, “Twitter”də  yazıb.

“Mənim COVID-19 üçün verdiyim test müsbət olub. Ağır deyiləm. Ürəyim 100% işləyir” – deyə o bildirib.

Meksika prezidenti Yukatan ştatına səfərini təxirə salmaq məcburiyyətində qaldığını və yaxın günlərdə ənənəvi səhər mətbuat konfransları keçirməyəcəyini də diqqətə çatdırıb.

69 yaşlı prezident artıq üçüncü dəfədir ki, koronavirusa yoluxur. O, ilk dəfə 2021-ci ilin yanvarında koronavirusa yoluxub. 2022-ci ilin yanvarında o vaxta qədər üç dəfə peyvənd olunmuş Lopez Obrador yenidən xəstələndiyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir