Meksika lideri Trampla narkotik qaçaqmalçılığı ilə mübarizəyə dair yaxşı söhbət apardığını bildirib

Meksika Prezidenti Klaudia Şeynbaum bu gün ABŞ Prezidenti Donald Trampla təhlükəsizlik və narkotik qaçaqmalçılığı ilə mübarizə səyləri barədə “yaxşı söhbət” apardığını bildirib.

 

Azinformasiya.az  xəbər verir ki, Meksika Prezidenti bu barədə “X” səhifəsində bildirib.

Şeynbaumun sözlərinə əsasən, liderlər Meksikanın suverenliyinə hörmət çərçivəsində təhlükəsizlik, narkotik qaçaqmalçılığının azaldılması, eyni zamanda ticarət və investisiya məsələlərini müzakirə ediblər.

Meksika lideri bildirib ki, “qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq həmişə nəticə verir”.

Xatırladaq ki, Tramp keçən həftə “Fox News”a açıqlamasında kartellərin Meksikaya nəzarət etdiyini qeyd edərək, ABŞ-ın onlarla mübarizə üçün yerdəki hədəflərinə zərbə endirə biləcəyini bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir