Mehriban Əliyeva qızıl medal qazanmış paralimpiyaçı Orxan Aslanovu təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmış Orxan Aslanovla bağlı paylaşım edib.

 

Azinformasiya.az  xəbər verir ki, paylaşımda deyilir:

“Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!”

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir