Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dünən şəhid olan yeddi hərbçimizlə bağlı başsağlığı verib.
Azinformasiya.Az M.Əliyevanın sosial şəbəkə hesabında etdiyi paylaşımı təqdim edir:
“Ermənistanın törətdiyi növbəti hərbi təxribat nəticəsində yaranan silahlı qarşıdurma zamanı həlak olmuş əsgər və zabitlərimizin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə səbir versin. Yaralıların tezliklə sağalmasını diləyirəm. Uca Tanrı Vətənimizi qorusun!”