Medvedev: Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı müharibə səbəbidir

Qərbin Kiyevin Krıma zərbə endirməsinə razılığı casus bellidir (latınca “müharibə səbəbi” deməkdir) və Moskvaya NATO-da “hamıya və hər kəsə qarşı” hərəkət etmək imkanı verir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə əsasən, bu, “rafinə olunmuş casus belli”dir və Rusiya üçün isə bu, “NATO ölkələrində hamıya və hər kəsə qarşı “jus ad bellum” (latınca “müharibə hüququ”) çərçivəsində hərəkət etmək imkanı” mənasına gəlir.

“Əfsuslar olsun ki, kədərlidir… Qiyamətlə bağlı proqnozlar zaman keçdikcə özünü doğruldur”, – deyə Medvedev qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir